BAKI, 20 fev — Sputnik. Bu gün səhər saatlarından banklarda dolların alış və satış qiymətlərinin qalxması müşahidə olunub. "Marja" xəbər verir, günortadan sonra 2 bank dolları bahalaşdırıb, 1 bank isə ucuzlaşdırıb.
Səhər saatlarında 1 dolları 1.83 manata satan Unibank, günortadan sonra satış qiymətini 1.8270 manata endirib. Günortadan sonra dolların satış qiymətini PAŞA Bank 1.83 manatdan 1.8350 manata, AgBank da 1.83 manatdan 1.8350 manata qaldırıb.