CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolun əsaslı təmirinə başlandı

© Photo : addy.gov.azQarabucaq-Kürdəmir mənzilində 9 km yol yenilənir
Qarabucaq-Kürdəmir mənzilində 9 km yol yenilənir - Sputnik Azərbaycan
Abunə olmaq
Dəmir yolunun Qarabucaq-Kürdəmir hissəsində 9 km yolun əsaslı təmirinə start verilib

BAKI, 20 fev — Sputnik. Qarabucaq-Kürdəmir dəmir yolu xəttində 9 km yol yenilənir. Bu barədə Sputnik Azərbayacan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Bildirib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Dəmir yolunun Qarabucaq-Kürdəmir hissəsində 9 km yolun əsaslı təmirinə start verilib.

Xatırladaq ki, əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovn verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü və yeni yolun qoyuluşuna başlanılıb.

© Photo : addy.gov.azQarabucaq-Kürdəmir mənzilində 9 km yol yenilənir
Qarabucaq-Kürdəmir mənzilində 9 km yol yenilənir - Sputnik Azərbaycan
Qarabucaq-Kürdəmir mənzilində 9 km yol yenilənir

Onu da qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayında başlanılıb və bu günə kimi 230 km dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti
0