Beynəlxalq Valyuta Fondu bankirləri görüşə çağırdı

© Sputnik / Natalia Seliverstova / Mediabanka keçidЗдания Международного валютного фонда в Вашингтоне. Архивное фото
Здания Международного валютного фонда в Вашингтоне. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşün 2017-ci il martın 2-də Dünya Bankının Bakıdakı ofisində keçirilməsi keçirilməsi planlaşdırılır

BAKI, 20 fev — Sputnik. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçinin (Mohammed El Qorchi) Bakıya səfəri çərçivəsində kommersiya banklarının rəhbərləri ilə görüşü nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın Marja-ya istinadən verdiyi məlumata görə, BVF-nin təklifi ilə keçirilən görüşdə, Azərbaycan bank sistemində mövcud problemlərin aradan qaldırılması üçün vacib olan addımların, bank sektorundakı durumun məzənnəyə təsiri, ƏSF kapitallaşması yolları və bundan sonra fəaliyyətinin istiqamətləri, AMB-nin monetar siyasəti və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Görüşün 2017-ci il martın 2-də Dünya Bankının Bakıdakı ofisində keçirilməsi keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0