ABŞ-dan Türkiyəyə ilginc təklif

© Photo : tsk.trABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Adanadakı “İncirlik” hərbi bazasında türkiyəli həmkarı Hulusi Akarla
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Adanadakı “İncirlik” hərbi bazasında türkiyəli həmkarı Hulusi Akarla - Sputnik Azərbaycan
Abunə olmaq
Türk ordu rəhbəri amerikalı generalın təklifini rədd etdi

BAKI, 20 fev — Sputnik. Ötən həftənin sonunda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Adanadakı "İncirlik" hərbi bazasında türkiyəli həmkarı Hulusi Akarla görüşdü. Görüş mətbuata qapalı keçirildiyi üçün generalların hansı məsələləri müzakirə etdikləri bilinmirdi.

Lakin hökumətə yaxınlığı ilə tanınan "Hürriyet" qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, Danford-Akar görüşü zamanı hansı mövzunun müzakirə olunduğu barədə maraqlı iddia ortaya atıb. Sputnik Türkiyə xəbər verir ki, yazarın sözlərinə görə, amerikalı general türk həmkarı ilə İŞİD terror təşkilatının qalası hesab edilən Raqqa şəhərinə hərbi əməliyyat ssenarisini müzakirə edib. Ancaq ABŞ Baş Qərargah rəisinin əməliyyatla bağlı irəli sürdüyü təklif türk ordu rəhbəri tərəfindən məqbul hesab olunmayıb.

"Cənab Danford Hulusi Akara Raqqa əməliyyatına PYD silahlıları ilə birgə başlamağı təklif edib. Ancaq Türkiyə dövləti PYD-ni PKK-nın Suriya qolu hesab etdiyi üçün bu təklifi rədd edib. Məndə olan məlumatlara görə, generalların görüşü uğursuz yekunlaşıb" — deyə Əbdülqadir Səlvi yazıb.

Xəbər lenti
0