Xaçmaz sakini həyat yoldaşını və uşaqlarını xilas edərkən yanıb

Abunə olmaq
İki otaqlı ev əşyaları ilə birlikdə yanıb kül oldu

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 fev — Sputnik. Bu gün Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib. Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.

Həkim Mehdi Həsənovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yaralı sifətin, sol əlin arxa səthinin, sol kürək nahiyəsinin ikinci dərəcəli termiki alov yanığı diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Hal-hazırda xəstə stasionar şöbədədir.

"Xəstəmizin həyatı təhlükəsi yoxdur. Ümumi vəziyyəti orta-ağır qiymətləndirilir" — deyə həkim bildirib.

Qeyd edək ki, hadisə yerinə FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. 

Kasıb həyat tərzi sürən Nahid Abdullayevin ailəsi müvəqqəti olaraq qohumlarına sığınıblar.

Xəbər lenti
0