Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobili qaçıraraq qəza törətdi

© Sputnik/ Ramil İbrahimovNicat Məmmədzadə Bərdə rayon xəstəxanasında
Nicat Məmmədzadə Bərdə rayon xəstəxanasında - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə sakini VAZ-2107 markalı avtomobili qaçıraraq onu ağacaq çırpıb

BAKI, 20 fev — Sputnik. Bərdədə avtomobil qaçıran gənc qəza törədib. Hadisə günorta saatlarında rayonun "Köhnə bazar" adlanan ərazisində baş verib. 

21 yaşlı Nicat Məmmədzadə, yolun kənarında dayanmış, rayonun Əliyanlı kəndinin sakini Fəxrəddin İbrahimova məxsus VAZ-2107 markalı avtomobili qaçırıb. Sürət həddini aşaraq idarəetməni itirən Nicat Məmmədzadə qaçırdığı avtomobili ağaca çırpıb. Avtomobilin içində sıxılıb qalmış gənci yaxınlıqdakı insanlar çıxararaq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər. 

Yaralının anasının sözlərinə görə, o anadangəlmə serebral iflic xəstəsi olub. Əvbəllər dəfələrlə evdən qaçıb. 

Hazırda baş vermiş faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti
0