BAKI, 19 fev — Sputnik. Bu gün Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.
Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.