BAKI, 19 fev — Sputnik. Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi istiqamətində əməliyyat başlayıb. "Report" "France Presse"ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi açıqlama verib.
Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.
"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" — deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib. Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib.