Hitlerin "kütləvi qırğın silahı" satışa çıxarılır

CC0 / Alexas_Fotos / phoneTelefon, arxiv şəkli
Telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dakı "Aleksandr Historikal Auctions" hərrac evi telefonun hərracdakı qiymətinin 100 min dollardan başlayacağını açıqlayıb

BAKI, 19 fev — Sputnik. Faşist Almaniyasının lideri Adolf Hitlerin istifadə etdiyi telefon bu həftə ABŞ-da hərraca çıxarılacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin telefon "kütləvi qırğın silahı"olaraq xarakterizə edilir və Hitlerin bu telefonla verdiyi əmrlərin müharibə zamanı bir çox insanın həyatına son qoyduğu diqqətə çatdırılır.

Üstündə Hitlerin adının yazıldığı qırmızı telefon 1945-ci ildə onun sığınacağında tapılmışdı. Telefon Almaniyanın təslim olmasından bir müddət sonra sovet əsgərləri tərəfindən ingilis zabit Ralp Raynerə hədiyyə verilmişdi.

ABŞ-dakı "Aleksandr Historikal Auctions" hərrac evi telefonun hərracdakı qiymətinin 100 min dollardan başlayacağını açıqlayıb. Ralp Raynerin oğlu tərəfindən satışa çıxarılan telefonun 300 min dollara satıla biləcəyi ehtimal olunur.

Xəbər lenti
0