BAKI, 19 fev — Sputnik. Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 4 otağının yanar konstruksiyaları, ev əşyaları 175 m2 sahədə və ona bitişik ümumi sahəsi 200 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gəncədə ev əşyaları ilə birlikdə yanıb
11:36 19.02.2017 (Yenilənib: 20:52 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
4 otaqlı evin 4 otağının yanar konstruksiyaları, ev əşyaları 175 m2 sahədə və ona bitişik ümumi sahəsi 200 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə yanıb