ELM

Səslərimizin ilk dəfə yazıldığı gün

© Wikipedia / CCEdisonun fonoqrafı, 1899-cu il istehsalı
Edisonun fonoqrafı, 1899-cu il istehsalı - Sputnik Azərbaycan
Abunə olmaq
139 il əvvəl səsi yazan və səsləndirən qurğu nümayiş etdirilib

BAKI, 19 fev — Sputnik. 1878-ci il fevralın 19-da amerikalı alim Tomas Edison səsin mexaniki şəkildə yazılması və yayımlanması üçün nəzərdə tutulan qurğunu nümayş etdirib. Bu qurğuya fonoqraf adı verilib və bununla audioyazı erasının başlanğıcı qoyulub. 

Qurğu səsi folqanın üzərinə yazaraq sonradan onu səsləndirirdi. Fonoqrafın qiyməti 18 dollar idi. 

Qurğunun nümayişi Edisonu məşhurlaşdırdı. Çoxları onu sehrbaz hesab edirdilər. Alim özü də bu ixtiradan heyrətlənmişdi. 

"Həyatımda hələ bu qədər təəccübləndiyim olmamışdı. Həmişə birinci dəfədən işləyən əşyalardan qorxmuşam" — Edison bildirmişdi. 

Edisonun böyüklüyü həm də ondadır ki, alim fonoqrafı dövrün məşhur adamlarına göndərərək onlara səslərini yazdırmağı təklif etmişdi.

Xəbər lenti
0