BAKI, 19 fev — Sputnik. "Apple" şirkəti Hindistanda iPhone telefonları istehsal edən fabrik inşa etməyə hazırlaşır. Sputnik Azərbaycan bu barədə CNET-ə istinadən məlumat verir.
Məlumata görə, fabrik qarşıdakı aylarda açılacaq və sırf telefon istehsalı ilə məşğul olacaq. Əhalisinin sayına görə, dünyada ikinci yerdə olmasını nəzərə alsaq, ən ucuz iPhone-ların məhz bu ölkədə satılacağını gözləmək olar.