BAKI, 19 fev — Sputnik. Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çörək bişirmə sexinin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Çörək bişirmə sexində təhlükəli anlar
14:51 19.02.2017 (Yenilənib: 20:52 16.11.2021)
© Sputnik / Fuad HasanovÇörək
© Sputnik / Fuad Hasanov
Abunə olmaq
Ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb