BAKI, 18 fev — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım və Almaniya kansleri Angela Merkel arasında görüş olub. Sputnik xəbər verir ki, hər iki ölkənin hökumət başçıları Münhendə bir araya gəliblər.
Mətbuat nümayəndələri üçün qapalı keçirilən görüşdə terrorla mübarizə başda olmaqla, ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və bır sıra problemli mövzuların müzakirə edildiyi bildirilir.