QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə "DQR"də keçiriləcək "referendum"u tanımayacaq

© Photo : TRENDTürkiyə XİN
Türkiyə XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankara: "Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü şübhə altına alan bu hərəkəti qınayırıq"

BAKI, 18 fev — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) qondarma "Dağlıq Qarabağ Respublikası"nda ("DQR") keçiriləcək "referendum"un nəticələrini tanımayacaqlarını açıqlayıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Aİ Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında bayraqlar - Sputnik Azərbaycan
TƏHLİL
Bütün Avropa məkanında qondarma "erməni soyqırımı" qərarları ləğv ediləcək

"İllərdir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində, fevralın 20-də "Konstitusiya dəyişikliklərinə dair referendum" keçiriləcəyi bildirilir. Bu "referendum"un keçirilməsi beynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının qərarlarını və ATƏT-in prinsiplərini pozur" — XİN-in bəyanatında bildirilir.

Rəsmi Ankara bəyan edir ki, bu və bu kimi hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə istiqamətlənmiş cəhdlərə də zərər verir: "Türkiyə Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü şübhə altına alan bu hərəkəti qınayır. Qeyri-qanuni hesab etdiyimiz bu "referendum" və nəticələri Türkiyə tərəfindən tanımayacaq".

Türkiyə XİN bir daha vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın möhkəmlənməsi yolunda ən böyük maneə olaraq qalır.

Xəbər lenti
0