BAKI, 18 fev — Sputnik. Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.
Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.
Daxili işlər naziri Süleyman Soylu 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.
“Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” — Soylu bildirib.