BAKI, 18 fev — Sputnik. Prezident İlham Əliyev Münhendə "Leonardo" şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən məlumat verir.
Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.