ELM

150 illik terrora son qoymuş azərbaycanlı

Abunə olmaq
Görkəmli azərbaycanlı alim və dövlət xadimi olan Nəsirəddin Tusi 1201-ci il fevralın 18-də İranın Tus şəhərində anadan olub.

Onun qələmindən çıxan 150-dək ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. 

Tusinin bir çox əsərləri hazırda dünyanın müxtəlif kitabxanalarında mövcuddur. 

Dövrün ən böyük elm mərkəzlərindən olan Marağa rəsədxanası məhz Tusinin təşəbbüsü ilə ərsəyə gəlib.

Bundan əlavə, görkəmli alimin siyasi fəaliyyəti barədə də məlumatlar var. O, monqol hökmdarı Hülakü xanın yaxın məsləhətçilərindən biri olub.

Nəsirəddin Tusinin həyat və fəaliyyətinin yaddaqalan məqamları ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0