Göyərçinlərin "çörəyini" əllərindən alanlar

© Wikipedia / PUBLIC DOMAINABŞ aviapoçt xidmətinə aid biplan, 1920-ci il
ABŞ aviapoçt xidmətinə aid biplan, 1920-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
1911-ci il fevralın 18-də Hindistanın Allahabad və Naini məntəqələri arasında ilk dəfə aviasiya vasitəsilə poçt daşınıb. Hazırda aviapoçt poçtun ən müasir növü sayılır.

BAKI, 18 fev — Sputnik. Aviapoçt poçt göndərişlərinin aviasiyanın köməyi ilə nəql edilməsidir. 

Məktubların hava ilə göndərilməsi aviapoçt əmələ gəlməmişdən əvvəl də mövcud idi (məsələn, göyərçinlərlə). 1903-cü ildə aeroplanların yaradılması özü ilə onların poçt daşınmasında istifadə olunması ideyasını da gətirdi. 

1911-ci il fevralın 18-də Hindistanın Allahabad və Naini məntəqələri arasında ilk dəfə aviasiya vasitəsilə poçt daşındı. Pilot Anri Pike 13 km məsafəyə 6,5 min məktub və 250 açıqca daşıdı. Məktubların üzərində xüsusi möhür var idi: "First aerial post. U. P. Exhibition. Allahabad. 1911" ("İlk hava poçtu. Birləşmiş milli sərgi. Allahabad. 1911"). 

Uçuşun təşəbbüskarı yerli avtomobil şirkətinin və aviaklubun sahibi Uolter Uindhem idi. O, ilk poçt daşınmasından gələn gəliri "Oksford və Kembric" otelində qalan tələbələrin hesabına köçürdü. 

Xəbər lenti
0