BAKI, 18 fev-Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın içində olduğu avtobus Elazığ vilayətində bələdiyyədən ayrılan vaxt qəzaya uğrayıb. Sputnik Azərbaycan Milliyyet-ə istinadla xəbər verir ki, mühafizəçilərdən biri avtobusun altında qalaraq xəsarət alıb.
Ərdoğan avtobusdan enərək vəziyyətə müdaxilə edib. Türkiyə prezidenti mühafizəçinin yanından uzun müddət ayrılmayıb.
Yaralı xəstəxanaya aparılıb. Onun səhhəti haqqında məlumat verilmir.