BAKI, 18 fev — Sputnik. Bu gün səhər saatlarında Astara rayonu, Düz Suparıbağ kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan 12 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
12 otaqlı ev yandı
12:09 18.02.2017 (Yenilənib: 20:52 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb