BAKI, 17 fev – Sputnik. İngiltərənin sabiq xarici işlər naziri Devid Milibənd, 21-ci əsrin gedişatını Türkiyənin təyin edəcəyini söyləyib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.
“Türkiyənin üzləşdiyi çətinliklərlə başa çıxıb-çıxmaması 21-ci əsrin gedişatı baxımından təyinedici olacaq” – sabiq nazir bildirib.
Milibənd daha sonra əlavə edib: “Türkiyə sadəcə turizm baxımından deyil, bir çox baxımdan xüsusi bir ölkədir. Qeyri-adi tarixi, ənənəsi və mövqeyi etibarilə Şərq ilə Qərbi birləşdirən çox mühüm coğrafiyada yerləşir. Türkiyə qlobal dünyanın necə inkişaf edəcəyində də təyinedici rol oynayacaq”.