BAKI, 17 fev – Sputnik. ABŞ prezidenti Donald Tramp gələn həftə miqrantlar barədə yeni fərman imzalayacağını bəyan edib.
"Gələn həftə ölkəmizi müdafiə edəcək yeni fərman imzalayacağıq" — dövlət başçısı bildirib.
Tramp daha öncə imzaladığı fərmanla 7 ölkənin (İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan) vətəndaşlarına 90 gün ərzində ABŞ-a daxil olmaq qadağan olunmuş, qaçqınların qəbulu 120 günlük dayandırılmış, Suriyadan qaçqınların qəbulu isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Bu fərman birmənalı qarşılanmamış, bir necə məhkəmə fərmanının icrasının dayandırılması barədə qərar qəbul edərək onun icrasına imkan verməmişdilər.