CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəfil qərar sahibkarları çıxılmaz vəziyyətə salıb

© Sputnik / Anar MustafayevMağaza
Mağaza - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsullar mağazalara ayaq açıb

BAKI, 17 fev — Sputnik. Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır. Yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bu zərurət nədən yaranıb və Azərbaycanda nağdsız hesablaşmalarla bağlı problemlər necə həll olunmalıdır? Bu vəziyyəti Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, aksiz markalı məhsulların, eləcə də siqaret və digər tütün məmulatlarının topdansatışının nağdsızlaşdırılması vacibdir.

"Bu, dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınına stimul yaranır" — ekspert deyib.

O, nağdsız hesablaşmalarla bağlı problemlərin həllinə onun tətbiqi üçün vaxt verilməsindən başlamağın vacib olduğunu bildirib: "Əvvəla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxti verilə bilər ki, bu müddətdə də xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar".

Ekspert hesab edir ki, nağdsız hesablaşmalarla bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var: "Nəinki ucqar rayonlarımızda, hətta paytaxta yaxın rayonlarda belə, nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədəuyğundur".

"Dövriyyənin əhəmiyyətli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq, bu, vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir. Bu zaman, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var" — Vüqar Bayramov deyib.

O, problemin həlli üçün dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına da ehtiyac olduğunu vurğulayıb: "Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır".

Xəbər lenti
0