“Bütün analitiklər deyiblər ki, İranın Amerikaya vuracağı zərər gözləniləndən xeyli yuxarı olacaq. Bakıdakı görüşdə isə Suriya məsələsi, Türkiyə ilə əməkdaşlıq mövzusu və təbii ki, İranla bağlı da nələrsə müzakirə edilə bilərdi" — deyə Zərdüşt Əlizadə bildirib.
"Ancaq bu, çoxlarının düşündüyü kimi İrana həmlə yox, rəsmi Tehranı dilə tutmaqla bağlı hansısa danışıqlardan ibarət ola bilər. Məsələn, ABŞ Rusiyadan xahiş edə bilər ki, İrana silah satmasın. Amma bunlar boş söhbətdir. Çünki Rusiya öz biznes marağını arxa plana atmaz. Bakıda əsas mənada iki ölkənin əməkdaşlıq məsələləri müzakirə ediləcək" — politoloq bildirib.
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov fevralın 16-da Bakıda görüşüblər.