CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni işıqpulu limiti açıqlandı

© pixabay / iamrajatagElektrik fənəri
Elektrik fənəri - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında Qərar verib

BAKI, 17 fev — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabineti sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında Qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, qərarda deyilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məcburi köçkünlərə ödəniləcək müavinətin məbləği dəyişdi - Prezident fərmanı

1. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

3. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

3.1. faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri), Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun olaraq;

3.2. faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir;

Газовые счетчики, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident qaçqın və məcburi köçkünlərlə bağlı humanist addım atıb

3.3. təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

4. Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

5. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki:

5.1. aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin.

Xəbər lenti
0