BAKI, 17 fev — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.
Qeyd edək ki, bundan əvvəl İlham Əliyev Münhendə MAN SE şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.