Ərdoğan Kəbəyə girdi

© TwitterRecep Tayyip Erdoğan, umre yaptı
Recep Tayyip Erdoğan, umre yaptı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti müqəddəs məkanda namaz qılıb

BAKI, 17 fev — Sputnik. Körfəz ölkələrində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkəyə gedərək ümrə ziyarətini həyata keçirib. Sputnik Azərbaycan Sondakika.com-a istinadən xəbər verir ki, müqəddəs Kəbənin qapıları Ərdoğan və bərabərindəki heyət üçün açılıb.

Türkiyə prezidenti və digər rəsmilər Kəbənin içərisində 2 rükət namaz qılıblar. Səfərlə bağlı Ərdoğanın mətbuat katibi İbrahim Kalın məlumat verib.

"Gecə saat 02.00-da "Ləbbeyk Allahummə Ləbbeyk" deyərək Ciddə şəhərindən Məkkəyə tərəf yola çıxdıq. Saat 03.30-da prezidentimizlə Kəbəyə getdik. Təvaf öncəsi Kəbənin qapısı açıldı. Prezidentlə birlikdə növbə ilə Kəbənin içinə girib, iki rükət namaz qılmaq şərəfinə nail olduq. Daha sonra Kəbəni təvaf etdik. Saat 05.30-da Ümrəni tamamladıq" — Kalın bildirib.

© Photo : TwitterTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə - Sputnik Azərbaycan
1/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
© Photo : TwitterTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə - Sputnik Azərbaycan
2/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
© Photo : TwitterTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə - Sputnik Azərbaycan
3/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
1/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
2/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə
3/3
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə

Xəbər lenti
0