BAKI, 17 fev — Sputnik. "Böyük iyirmilik"in (G20) xarici işlər nazirlərinin yığıncağında iştirak etmək üçün Almaniyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropalı Türk Demokratlar Birliyinin təşkil etdiyi tədbirə qatılıb. Sputnik Azərbaycan bu barədə Haberler-ə istinadən xəbər verir.
Nazir terrorla mübarizədə zəif siyasət yürütməyin mümkün olmadığını vurğulayaraq deyib: "Bu təşkilatların hamısı ilandır. Ona görə diqqətli olmalı, onlara qarşı tolerant davranılmamalıdır. Terror təşkilatlarına dəstək olan dövlətlərə səslənirik — bu ilan bir gün sizi də vura bilər, zəhərləyər. Terrora qarşı tolerantlıq olmaz".