BAKI, 17 fev — Sputnik. Bu gün Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı işə başlayacaq. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə 30-dan çox dövlət və hökumət başçısı, həmçinin 100-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak edəcək. Konfrans fevralın 19-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda iştirak etmək üçün Almaniyada səfərdədir.