CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: “Söz azadlığının məhdudlaşdırılmasından danışmaq yersizdir”

© Sputnik / Murad OrujovПредседатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку
Председатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: “Yeni qəbul olunmuş qanun Azərbaycan üçün çox vacibdir”

Əflatun Amaşov: “Hər bir ölkədə hərbi vəziyyət elan olunanda məhdudiyyətlər qoyulur”
Milli Məclisin fevralın 14-də keçirilən iclasında yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi əsas oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsində qanuni əsaslar olduqda, KİV-in fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, yeni qəbul olunmuş qanun Azərbaycan üçün çox vacibdir: “Hər bir ölkədə hərbi vəziyyət elan olunanda cəmiyyətin müəyyən institutlarına, dövlət orqanlarına məhdudiyyətlər qoyulur. Eləcə də, bu məhdudiyyətlər mediyaya tətbiq olunur. Qanunun ikinci fəslində məhz dünya praktikasına söykənərək hərbi vəziyyət elan olunarkən hərbi senzuranın mövcudluğunu gündəmə gətirdik”.

“Ola bilsin ki, hərbi vəziyyət elan olunan ərazidə məhdudiyyətlərin həcmi çox olsun. Hətta müəyyən məqamlarda ola bilsin ki, həmin ərazilərdə fəaliyyət göstərən qəzetlərin redaksiyaları köçürülsün, fəaliyyətləri dayandırılsın. Hərbi vəziyyət elan olunarkən hərbi senzuranın tətbiqi Amerikanın, Fransanın və Avropanın digər ölkələrinin qanunvericilik sənədlərində öz əksini tapıb. Burada söz və mətbuat azadlığının məhdudlaşdırılmasından danışmaq yersiz olardı” — deyə o bildirib.

Xəbər lenti
0