21 fevral, saat 12:00-da "Yaxın zamanlarda manatın kursu necə olacaq" mövzusunda mətbuat konfransı keçiriləcək. Son zamanlar milli valyuta olan manatın möhkəmlənməsi əhali arasında ekspertlərin belə birmənalı cavab verə bilmədiyi çoxsaylı sualları doğurub.
Hazırda ekspertlər iki hissəyə — manatın möhkəmlənməsini qısamüddətli trend hesab edənlərə və belə düşünməyənlərə bölünüblər. İqtisadçılar Samir Əliyev və Fuad Əlizadə bu vəziyyətlə bağlı müxtəlif prizmalardan öz nəzər nöqtələrini bölüşəcəklər.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.