ELM

Nazirlikdən yeni qayda: tələbə təqaüddən məhrum ola bilər

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidTələbə. Arxiv şəkli
Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər tələbələrin ixtisas dəyişməsi ilə bağlı tətbiq olunan yeniliyi alqışlasalar da, bəzi problemlər meydana çıxacaq

BAKI, 16 fev — Sputnik. Təhsil Nazirliyi (TN) bu ilki tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq edib. Belə ki, TN və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Portalın yaradılması köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Sputnik Azərbaycan-ın əməkdaşı təhsil ekspertlərindən yeni yaradılan sistemin Azərbaycan təhsilinə verəcəyi müsbət və mənfi tərəfləri araşdırıb.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə keçməsi 2016-cı ildən başlayaraq mərkəzləşdirilmiş qaydada, vətəndaş-məmur əlaqəsi olmadan, sadə sənədlər tələb olunmaqla elektron qaydada həyata keçirilməyə başlayıb: "Keçən il tələbələr ali məktəblərə qəbul zamanı özləri tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində fərqli universitetlərə köçürülə bilirdilər. Bu ildən etibarən köçürülmə meyarlarına uyğun olaraq digər ixtisas qruplarına da köçürülə bilərlər".

"Bu, Azərbaycan təhsilinin qoşulduğu Boloniya sisteminin tələblərinə tamamilə uyğundur. Yəni tələbə təhsil aldığı müddətdə özünü başqa sahə üzrə mütəxəssis kimi görürsə, ona bu imkanı yaratmaq lazımdır. Amma bu, o demək deyil ki, tələbənin texniki sahədən humanitar sahəyə və ya iqtisadi sahədən birbaşa təbiət elmlərinə köçürülməsi mümkündür" — ekspert bildirib.

Onun sözlərinə görə, yeni qaydalarda hələ də məhdudiyyət var: "Yəni, III qrup üzrə tələbə olmuş şəxs III qrup ixtisasları ilə yanaşı, II qrupun bəzi ixtisaslarına köçürülə bilər. Əlbəttə ki, TQDK (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmadığı halda".

© © KarikaturaTələbənin köçürülməsi
Tələbənin köçürülməsi - Sputnik Azərbaycan
Tələbənin köçürülməsi

K. Əsədov qeyd edib ki, yenilik nə qədər mütərəqqi olsa da, bir sıra problemlər ortaya çıxa bilər: "Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fənn (fənlər) üzrə kredit borcu yaranarsa, tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir".

"Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir, tələbə istədiyi digər ixtisasa görə köçürülməni müvəffəqiyyətlə başa vurmadıqda onda akademik borc yaranacaq. Əgər təqaüd alırsa, bundan məhrum olacaq. Bundan əlavə, akademik borcu yerinə yetirmək üçün hətta dörd ildən də çox oxumaq tələb oluna bilər. Çünki tələbənin bütün akademik fərq borcları yerinə yetirilməlidir" — Əsədov vurğulayıb.

© Photo : PUBLIC DOMAINTəhsil eksperti Almaz Həsrət
Təhsil eksperti Almaz Həsrət  - Sputnik Azərbaycan
Təhsil eksperti Almaz Həsrət

Təhsil eksperti Almaz Həsrət isə yeni sistemin tətbiq edilməsini böyük uğur adlandırıb: "Tələbə öncə qəbul olanda istəmədiyi hər hansı ixtisasa düşürsə, o zaman bu yeni sistem vasitəsi ilə öz istədiyi ixtisası seçə bilir. Bunu da artıq daha asan və tez bir zamanda reallaşdıra bilir. Müsbət tərəfi odur ki, yeni sistem ilk olaraq insan faktorunun uzaqda qalmasına və səffaflığın təmin olunmasına, rüşvətin qarşısının alınmasına səbəb olur və bu da təhsil üçün böyük uğur demək olar. Bu yeni sistem tələbələr üçün böyük şansdır".

Ekspert onu da deyib ki, hələlik məsələnin mənfi tərəfi yoxdur: "Bu sistem xarici təhsil sistemində tətbiq olunur və uğurlu nəticələr əldə edilib. Eyni zamanda, burada da belə uğur əldə ediləcəyinə şübhə yoxdur. Sistemin mənfi cəhəti, tələbənin istədiyi ixtisasda tələbə yeri dolduğu üçün bir neçə ay gözləməklə vaxt itirməsidir. Amma bu, normal haldır".

Xəbər lenti
0