CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"14 yaşlı qızını məktəbə buraxmır ki, ailə quracaq"

© REPORTHicran Hüseynova
Hicran Hüseynova - Sputnik Azərbaycan
Abunə olmaq
Hicran Hüseynova: "Elə valideynlər var ki, uşağı ilə dil tapa bilmir və bizə müraciət edirlər ki, "onu məndən uzaqlaşdırın"

BAKI, 16 fev — Sputnik. "Bəziləri ailə qurarkən deyirlər ki, "evlənək, amma xoşumuza gəlməsə, boşanarıq". Belə düşüncə ilə ailə qurmaq olmaz".

Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərbaycanda ailə siyasəti ən güclü şəkildə qurulub"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisdə keçirilən "dəyirmi masa"dakı çıxışı zamanı deyib. Bununla belə, o, yalnız mənfi halları olan ailələr barədə danışmağın da düzgün olmadığını bildirib.

"Müsbət halları olan ailələr haqqında da danışmaq lazımdır. Valideyn məsuliyyəti artmalıdır. Bir ata ki, 14-15 yaşındakı qızını məktəbə buraxmırsa və uşağın ailə quracağını düşünürsə, qurulan belə ailələrin əksəriyyəti normal ailə olmur. Təfəkkür formalaşmalıdır" — Hüseynova qeyd edib.

O, daha sonra əlavə edib: "Elə valideynlər var ki, uşağı ilə dil tapa bilmir. Bizə müraciət edirlər ki, "onu məndən uzaqlaşdırın". Yəni, valideyn uşaqdan imtina etməklə bağlı bizə müraciət edir".

Xəbər lenti
0