BAKI, 15 fev — Sputnik. ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Qerasimov sabah Bakıda görüşəcəklər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə RİA Novosti Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.
Görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər.