BAKI, 16 fev — Sputnik. İraqın paytaxtı Bağdad şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 55 nəfər ölüb, daha 60 nəfər isə yaralanıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayış şəhərin Baya rayonunda baş verib.
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.