Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hərbi Prokuror: "İntihar hər yerdə artıb"

© Sputnik / Irade JELILXanlar Vəliyev
Xanlar Vəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi prokuror qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə də baş verən intihar hadisələrinin sayı azalır

BAKI, 16 fev — Sputnik. “İntihar təkcə bizim hərbi hissələrdə, Azərbaycanda deyil, dünyanın hər yerində artıb”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnlaistlərə açıqlamasında Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib. 

Hərbi prokuror qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə də, yəni təkcə Müdafiə Nazirliyi deyil, digər silahlı birləşmələrdə də baş verən intihar hadisələrinin sayı azalır. 

Vəliyev bildirib ki, hərbi hissələrdə baş verən intihar hadisələrinin müxtəlif səbəbləri var: “Hərbi xidmətlə bağlı məsələlər də var. Bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmir. Nizamnamə ilə tələb edilən hərəkətləri etmir, bəzilərinə qarşı Nizamnamədən kənar qanunsuz hərəkətlər törədilir, bəziləri ailə-məişət məsələləri ilə bağlı intihar edir. İndi bütün səbəbləri sadalamaq mümkün deyil. Amma bir məsələ var: hər bir intihar hadisəsi, təkcə intihar deyil, ölümlə nəticələnən hər bir hadisə Hərbi Prokurorluq tərəfindən qeydə alınır, hər hadisə üzrə cinayət işi başlanılır. Əgər hadisədə hər hansı şəxsin günahı müəyyən edilirsə, həmin adamlar məhkəmə məsuliyyətinə cəlb edilir”. 

Xəbər lenti
0