Ərdoğanın Obamadan ala bilmədiyini Tramp verəcək

© Photo : AAFikri İşıq və Ceyms Mattis
Fikri İşıq və Ceyms Mattis - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon rəhbəri: "ABŞ və koalisiya qüvvələri "Fərat Qalxanı" əməliyyatında Türkiyəyə daha çox dəstək verəcək"

BAKI, 16 fev — Sputnik. Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib. Toplantıda qurumun hazırkı vəziyyəti və gələcəkdə görüləcək işlər müzakirə olunub.

Fətullah Gülən - Sputnik Azərbaycan
Tramp Ərdoğanın arzusunu yerinə yetirə bilər

Sputnik Türkiyə xəbər verir ki, NATO-nun yeganə müsəlman ölkəsi olan Türkiyəni yığıncaqda müdafiə naziri Fikri İşıq təmsil edib. Türk nazir, iclas qurtarandan sonra amerikalı həmkarı, Pentaqon rəhbəri Ceyms Mattislə görüşüb.

İşıq və Mattis NATO iclaslarında müzakirə edilən məsələlərdə Türkiyə və ABŞ tərəfinin mövqelərinin üst-üstə düşdüyünü bildiriblər. Pentaqon rəhbəri "Fərat Qalxanı" əməliyyatında ABŞ və koalisiya qüvvələrinin Türkiyəyə daha çox dəstək verəcəyini deyib.

Türkiyənin müdafiə naziri isə Amerikanın İŞİD-lə mübarizədə PKK-nın Suriya qolu olan PYD/YPG qüvvələrindən istifadə etməsi ilə bağlı Ankaranın narahatlığını bir daha dilə gətirib. "Terrorla mübarizə bu formada uğurlu ola bilməz, bir terror təşkilatı başqa terror təşkilatından üstün tutula bilməz" — deyə Fikri İşıq bildirib.

Xəbər lenti
0