Dollarla bağlı kəskin dönüş

© AFP 2024 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Dünəndən etibarən daha yüksək məzənnə ilə dollar alanlar çoxalıb

BAKI, 16 fev — Sputnik. Fevral ayının əvvəlində etibarən dolların ucuzlaşması əlində valyutası olan əhalini təşvişə salmışdı. Xəbər verildiyi kimi, vəsaitlərini dollarda saxlayan vətəndaşlar dolların daha da ucuzlaşmasından ehtiyat edərək pullarını dərhal dəyişməyə başlamışdılar. Amma son bir neçə gündə manatın rəsmi məzənnəsində nisbi stabilliyin yaranması və "qara bazar"da dolların bahalaşmağa başlaması vəziyyəti dəyişməyə başlayıb.

ABŞ dolları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların məzənnəsi dəyişməyib

Belə ki, dünəndən etibarən dollar alan vətəndaşların sayı kəskin artıb. Tendensiya "qara bazar"a müraciət edənlərin sayında da özünü göstərib. Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər Fins.az-a bildiriblər ki, ötən həftəyə qədər dollar satan çoxalsa da, indi dollar alanlar artıb: "Dollar 1.67-1.70 manata düşəndə dollar alan yox idi. Dünəndən etibarən daha yüksək məzənnə ilə dollar alanlar çoxalıb".

Xatırladaq ki, iqtisadçı-ekspertlər də manatın dollar qarşısında bahalaşmasının heç bir iqtisadi əsasının olmadığını bildirmişdilər. Müxtəlif açıqlamalarda qeyd edilirdi ki, əsas məqsəd dolların müvəqqəti ucuzlaşdırılması ilə daha da ucuzlaşacağı görüntüsü yaradıb əhalini əllərində olan valyutanı satmağa sövq etməkdir.

Xəbər lenti
0