BAKI, 16 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabaha USD/AZN rəsmi məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, fevralın 16-da USD/AZN rəsmi məzənnəsi 1,7296 manat təşkil edib.