CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərbaycan anormal dindarlığın təzahürlərindən sığortalanmayıb”

© Photo : APAAzərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Gündüz İsmayılov: “Din, şəriət pərdəsi altında xalqlara məxsus həyat tərzi İslam həyat tərzi kimi təbliğ olunur”

BAKI, 16 fev — Sputnik. Son vaxtlar beynəlxalq terminologiyada tez-tez işlədilən anormal dindarlıq və yaxud anormal dindarlaşma prosesi deyilən bir ifadə var. Anormal dindarlaşma elə bir prosesdir ki, o, din pərdəsi altında getsə də, əslində dinin mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən “dəyirmi masa”da deyib. 

Şahin Mirzəyev - Sputnik Azərbaycan
TƏHLİL
Şahin Mirzəyevin "pozulan dini hüquqları"

O, qeyd edib ki, anormal dindarlıq və yaxud anormal dindarlaşma prosesi təkcə müsəlman ölkələrində deyil, digərlərində də mövcuddur: “Anormal dindarlaşma təkcə İslam ilə bağlı deyil, digər dinlərdə də var. Məsələn, bəzi xristian sektaları var ki, onların tərəfdarları müasir texnologiyanı qəbul etmirlər. Onlar nəinki internetdən, kompüterdən, hətta işıqdan, elektrik enerjisindən, rabitədən, avtomobildən istifadəni günah sayırlar”.

Onun sözlərinə görə, təəssüf ki, İslam ölkələrində də anormal dindarlığın təzahürləri mövcuddur: “Dini ekstremizm, radikalizm, müasirliyə, qadın hüquqlarına qarşı çıxışlar, ailə dəyərlərinin deqradasiyaya uğraması. Bunlar İslam dünyasında olan anormal dindarlığın təzahürlərindən biridir”.

İsmayılov deyib ki, Azərbaycan da bu cür anormal dindarlığın təzahürlərindən sığortalanmayıb: “Bizim üzləşdiyimiz anormal dindarlığın təzahürlərindən biri də qadın hüquqlarına, ənənəvi ailə institutuna, ailə dəyərlərimizə qarşı təhdidlərdir. Lakin bu təhdidlər İslam dinindən qaynaqlanmır. Bu təhdid daha çox din pərdəsi altında başqa xalqlara məxsus ailə dəyərlərinin təbliğinin nəticəsində yaranan problemlərdir”. 

Antoniu Quterriş suriyalı qaçqın düşərgəsində, 29 noyabr 2013-cü il - Sputnik Azərbaycan
Millətləri birləşdirən adam: həm dindar, həm sosialist

İsmayılov bildirib ki, şəriət və mədəniyyət ayrı-ayrı anlayışlardır: “Şəriət bütün xalqlar üçün eyni, mədəniyyət isə fərqlidir. Mədəniyyətlər fərqli olduğu üçün xalqların ailə dəyərlərinə, qadına münasibəti də fərqlidir. Azərbaycan xalqının ailəyə, qadına münasibətilə digər müsəlman xalqların ailəyə, qadına münasibəti eyni deyil. Din, şəriət pərdəsi altında o xalqlara məxsus həyat tərzi İslam həyat tərzi kimi təbliğ olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır və yaxud digər xalqların ailə modelinə yaxınlaşır. Necə ki, ultra Qərb ailə modeli bizim üçün qəbuledilməzdirsə, şəriət adı altında bizə təqdim edilən yad ailə modelləri də bizim üçün təhlükəlidir. Bu, təkcə ənənəvi ailə institutumuz üçün təhlükə deyil, həm də milli dövlətçiliyimiz üçün təhlükədir. Çünki, milli dövlətçiliyin əsasını da məhz ənənəvi, milli ailə institutu təşkil edir”.

“Biz dindarlaşmanın, ailələrimizin dindarlaşmasının əleyhinə deyilik. Biz ailələrimizin şərti olaraq dediyimiz ərəbləşməsinin, farslaşmasının, pakistanlaşmasının əleyhinəyik. Yəni, din, şəriət pərdəsi altında ənənəvi ailə institutumuza qarşı təhdidin qarşısı alınmalıdır” — o qeyd edib.

Xəbər lenti
0