Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yun istehsalını artırmaq üçün nədən başlamalı?

© Qadir Bayramlının şəxsi arxivindənQadir Bayramlı
Qadir Bayramlı - Sputnik Azərbaycan
Abunə olmaq
Qadir Bayramlı: “Azərbaycanda yun istehsalı digər sahələr kimi çox böyük tənəzzül keçirməyib”

Qadir Bayramlı: “Strateji yol xəritəsində yun istehsalını artırmaq üçün tədbirlər planı hazırlanıb”
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı deyir ki, Azərbaycanda yun istehsalı digər sahələr kimi çox böyük tənəzzül keçirməyib. Bu işin əhəmiyyətli tərəfi yun parça istehsalıdır, ancaq o da bizdə inkişaf etməyib: “Azərbaycanda yun istehsalı artırmaq üçün qoyunçuluq sahəsindəki problemləri həll etmək lazımdır. Bundan sonra yun istehsalı sahəsində inkişaf əldə etmək mümkündür”.

“Yun istehsalçılarının özlərinin problemləri var. Onlar istehsal edəcəkləri məhsulu kimə və neçəyə satacaqlarını bilmirlər. Strateji yol xəritəsində yun istehsalını artırmaq üçün tədbirlər planı hazırlanıb. Xəritədə nəzərdə tutulan məslələrin icrası qoyunçuluğun və yun istehsalının inkişafına kömək edə bilər” — deyə o bildirib. 

Xəbər lenti
0