BAKI, 15 fev — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) mart ayında uçot dərəcəsini qaldırma ehtimalı ABŞ-da açıqlanan inflyasiya statistikasından sonra 42 faizə yüksəlib.
Sputnik Azərbaycan bloomberg-ə istinadla xəbər verir ki, ABŞ-da istehlakçı qiymətləri və pərakəndə satış göstəricilərinin proqnozlardan daha çox olmasından sonra FED-in mart ayında Federal Açıq Bazar Komitəsi (FOMC) toplantısında faiz artırma ehtimalı 42 faizə yüksəlib.
Statistik məlumatlardan əvvəl isə bu ehtimal 34 faiz səviyyəsində idi.
Qeyd edək ki, FOMC-nin növbəti toplantısı 14-15 martda keçiriləcək.