BAKI, 15 fev — Sputnik. NATO baş katibi Yens Stoltenberq sabah Bakıda keçiriləcək ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov arasındakı danışıqları alqışlayıb.
"İlk növbədə Bakıdakı bu görüşün baş tutmasını vacib sayıram" — baş katib bildirib.
Stoltenberq əlavə edib ki, ümumilikdə NATO üzvü olan ölkələrin Rusiya ilə bu cür dialoq qurmağa can atmasını alqışlayır.
"Mən NATO üzrə müttəəfiqlərin ikitərəfli əsasda Rusiya ilə əlaqələri hərbi kanallarla inkişaf etdirmələrini, dialoqu inkişaf etdirmələrini də alqışlayıram" — baş katib əlavə edib.
ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov sabah Bakıda görüşəcəklər.