Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qatar avtomobillə toqquşdu, 3 nəfər öldü

© Photo : STRYol qəzası, arxiv şəkli
Yol qəzası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saatlıda qatar minik avtomobili ilə toqquşub, 3 nəfər ölüb

BAKI, 15 fev — Sputnik. Saatlı rayonunda ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

Xəbər lenti
0