Prezident öz qardaşının ölüm əmrini verib - sensasion iddia

© REUTERS / KCNAŞimali Koreya prezidenti Kim Çen İn
Şimali Koreya prezidenti Kim Çen İn - Sputnik Azərbaycan
Abunə olmaq
"Onun məqsədi qardaşının gələcəkdə hakimiyyətə gəlməsinin qarşısını almaqdır"

BAKI, 15 fev — Sputnik. Şimali Koreya prezidenti Kim Çen Inın qardaşı Kim Çon Namın Malayziyanın paytaxtı Kuala Lumpur hava limanında zəhərlənərək öldürülməsi xəbərini vermişdik. Hadisədən sonra Malayziya polisi öldürülən şəxsin Koreya Xalq Demokratik Respublikasının prezidentinin qardaşı olduğunu təsdiqləmişdi.

Sputnik Azərbaycan Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Malayziya hökuməti Kim Çon Namı zəhərləyən iki nəfər qadından birini həbs etdiyini açıqlayıb. Həmin qadın hava limanında taksi gözləyərkən kameralara düşüb. Daha sonra polis onu izləməyə başlayıb. Nəhayət o, bu gün Vyetnama qaçmağa çalışarkən həbs olunub.

Britaniyanın məşhur "Financial Times" qəzeti isə maraqlı bir iddia ortaya atıb. Qəzetin iddiasına görə, Kim Çon Namın öldürülməsi üçün əmri, məhz Şimali Koreya prezidenti Kim Çen In özü verib.

"Onun məqsədi qardaşının gələcəkdə hakimiyyətə gəlməsinin qarşısını almaqdır" — deyə qəzet yazıb.

Xəbər lenti
0