Jurnalistləri canlı efirdə belə qətlə yetirdilər

© Photo : Twitter / Noticias SIN Luis Manuel Medina
Luis Manuel Medina - Sputnik Azərbaycan
Abunə olmaq
Atışma nəticəsində aparıcı Luis Manuel Medina və raionun prodüseri Leo Martines həlak olublar

BAKI, 15 fev — Sputnik. Radionun iki jurnalisti canlı efir zamanı güllələnib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hadisə Dominikan Respublikasında qeydə alınıb. 

Efir zamanı radioaparıcı Facebook-da canlı yayım aparırmış, ona görə də atışma və qadın qışqırıqları da efirə düşüb.

​Yerli polisin məlumatına görə, atışma nəticəsində aparıcı Luis Manuel Medina və raionun prodüseri Leo Martines həlak olublar. Daha bir qadın isə yaralanıb və indi xəstəxanadadır.

Hələlik o məlumdur ki, qatil 103FM radiostansiyasının studiyasına daxil olaraq heç bir söz demədən otaqdakılara atəş açıb.

Bu hadisə ilə bağlı artıq 3 nəfər saxlanılıb.

Oxşar hadisə 2015-ci ildə ABŞ-da baş verib. O zaman qatil CBS telekanalının Virciniyadakı filialının reportyorunu və operatorunu canlı bağlantı zamanı gülləbaran edib. Nəticədə 24 yaşlı jurnalist Elison Parker və 27 yaşlı operator Adam Uord həlak olublar.

Xəbər lenti
0