Qalib Toğrul: “Bu, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətin zəifliyini göstərir”
Azərbaycanda artıq bir neçə gündür ki, dolların məzənnəsi sürətlə aşağı düşür. Vəziyyətdən istifadə edən banklar aktiv şəkildə dollar alğı-satqısını həyata keçirir. İqtisadçı ekspert Qalib Toğrul deyir ki, bu spekulyativ məsələdir: “Banklar marjanın ləvğindən, həmçinin manatın kursunun aşağı salınmasından istifadə edərək qısa müddətdə böyük gəlirlər əldə edirlər. Bu da Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətin zəifliyini göstərir”.
“Manatla dolların kursunun hesablanmsında iqtisadi amillərdən danışmaq olmaz. Dolların süni şəkildə qalxmasından Azərbaycan iqtisadiyyatı qazanmır, itirir. Hesab edirəm ki, bu proses uzun çəkməyəcək” — deyə o bildirib.