BAKI, 15 fev — Sputnik. Dollar FED sədri Janet Yellenin "faizi artırmaq üçün uzun müddət gözləməyin məqbul olmadığını" söyləməsinin ardından bahalaşıb və ABŞ xəzinə istiqrazlarının faizləri günün ən yüksək səviyyələrinə çıxıb. Sputnik Azərbaycan Blomberth-ə istinadən xəbər verir ki, ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi 0.3 qalxaraq 30 yanvar bu yana ən yüksək səviyyəsinə, dollar/yen isə iki həftənin zirvəsinə çıxıb.
Avro/dollar məzənnəsi isə 1.0570-in altına geriləyərək bir ayın ən aşağı səviyyəsinə enib. ABŞ-ın 10 illik istiqrazlarının faizi altı faiz bəndi artaraq 2.50%-in üzərinə qalxıb. Dollar, ABŞ-da Trump-in himayəedici maliyyə siyasətlərinə bağlı gözləntilərin yenidən güclənməsi ilə də qalxır. Avro/dollar cütlüyü 16 yanvarda 1.0561 səviyyəsinə qədər geriləmişdi. Dollar/yen cütlüyü 114.00 səviyyəsinin üzərinə yüksələrək 114.40- çatıb.
Azərbaycanın banklarında da dolların qiyməti artmaqda davam edib. Sputnik Azərbaycan "Marja"ya istinadla bildirir ki, dünən iş gününün sonunda 1 dolları 1.7950 manata satan "Ziraat Bank Azərbaycan" bu gün dollara 1.80 manat satış qiyməti təyin edib. TuranBank dolların alışını 1.68 manatdan 1.72 manata, satışını isə 1.78 manatdan 1.80 manata, PAŞA Bank isə dolların alışını 1.68 manatdan 1.70 manata qaldırıb. AG Bank dolların alışını 1.64 manatdan 1.71 manata, satışını isə 1.78 manatdan 1.81 manata qaldırıb.
Bank of Baku Dolların alış qiymətini 1.70 manatdan 1.72 manata, Bank VTB Azərbaycan dolların alışını 1.66 manatdan 1.70 manata, satışını isə 1.78 manatdan 1.80 manata, AtaBank alışı 1.71 manatdan 1.72 manata, satışı isə 1.79 manatdan 1.80 manata, NBC Bank alışı 1.73 manatdan 1.74 manata, satışı isə 1.77 manatdan 1.79 manata, NikoylBank isə alışı 1.70 manatdan 1.73 manata qaldırıb.