Avropa İttifaqı ilə İsrail arasında qarşıdurma

© REUTERS / Vincent KesslerAvropa Parlamenti, arxiv şəkli
Avropa Parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Parlamentinin sərt bəyanatına rəsmi Təl-Əviv eyni tonda cavab verib

BAKI, 15 fev — Sputnik. Avropa Parlamentinə (AP) üzv ölkələrin nümayəndələri dünən Brüsseldə keçirilən yığıncaqda İsrail əleyhinə sərt bəyanatlar səsləndiriblər. Sputnik Türkiyə xəbər verir ki, quruma üzv dövlətlərin parlamentdəki təmsilçiləri, rəsmi Təl-Əvivdən Fələstin torpaqlarında qanunsuz yəhudi yaşayış məskənləri salmağı dayandırmağı tələb ediblər. AP İsrail hökumətinin bu addımını beynəlxalq hüququn ən kobud şəkildə pozulması kimi qiymətləndirib.

Parlamentin bəyanatına rəsmi Təl-Əvivin cavabı isə daha sərt olub. "Qərbi Şəriə bölgəsində yəhudi yaşayış məskənləri inşa etməyimizə heç kim mane ola bilməyəcək" — deyə İsrail tərəfi bildirib.

Xəbər lenti
0